Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” hazırlıqlarını davam etdirir. Komandamız bu gün axşam saatlarında növbəti məşqinə çıxıb. Məşq zamanı futbolçular topla müxtəlif təmrinləri yerinə yetiriblər. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Komandamız sabah Tbilisi toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Ramin Quliyevin yetirmələri yerli “Telavi” klubuyla qarşılaşacaq. Matç saat 19:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq.