Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirəcək. Komandamız Gürcüstan yüksək liqa təmsilçisi “Telavi” ilə qarşılaşacaq. Görüş saat 19:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq.
Bu, “Sabah”ın Tbilisi toplanışı çərçivəsində keçirəcəyi 3-cü yoxlama oyunu olacaq. Komandamız daha öncə “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşıb.