Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız Gürcüstan yüksək liqa təmsilçisi “Telavi” ilə qarşılaşıb. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda komandamızın yeganə qoluna Abdulla Xaybulayev imza atıb.

Baş məşqçimiz Ramin Quliyev bu görüşdə gənclərə şans verib. Komandamızın start heyəti aşağıdakı kimi olub:

Rüstəm Samiqullin, İdris İnqilablı, Amin Seydiyev, Arsen Ağcabəyov, Abdulla Rzayev, Şakir Seyidov, Veysəl Rzayev, Camal Cəfərov, Abdulla Xaybulayev, Samir Məhərrəmli, Mixeil Erqemlidze.

Bu, “Sabah”ın Tbilisi toplanışı çərçivəsində keçirdiyi 3-cü yoxlama oyunu idi. Komandamız daha öncə yerli “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşmışdı.