İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində son məşqinə çıxıb. “Zestafoni” təlim-məşq bazasının meydançasında baş tutan hazırlıqda futbolçular topla müxtəlif təmrinləri yerinə yetirib, ikitərəfli oyunda qüvvələrini sınayıblar.
Komandamız sabah toplanış çərçivəsində keçirəcəyi son oyunda yerli “Saburtalo” ilə qarşılaşacaq. Bu matçla “Sabah” Tbilisi toplanışına yekun vuracaq.
Qeyd edək ki, komandamız Gürcüstanda “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.