İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində son oyununu keçirəcək. Komandamız yerli “Saburtalo” klubuyla qarşılaşacaq.
Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunacaq. Qalib komandaya xatirə kuboku təqdim ediləcək. Matç saat 19:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.
Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.