Akademiyamızın U-12 komandası çimərlik futbolu üzrə ölkə çempionatında iştirak edib. Namiq Həsənovun yetirmələri qrup mərhələsində “Sirius” (9:4), “Aquatik” (7:3) və “Gənclik” (3:2) komandalarını məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Burda Buzovna “Xəzər”ini 7:3 hesabıyla üstələyən komandamız finala yüksəlib. Həlledici matçda “Sunami” ilə qarşılaşan futbolçularımız bu oyunda məğlub olaraq (4:6), liqanı ikinci pillədə başa vurublar.

U-12 komandamızın üzvü Ülvi Əlizadə turnirin ən yaxşı futbolçusu seçilib.