“Sabah” FK futbolçu Ozan Can Kökcü ilə yollarını ayırıb. 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubuyla razılığa gəlinib.

Ozan Can 2019-cu ildən komandamızın uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.

“Sabah” Ozan Can Kökcüyə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.