2021/2022-ci illər mövsümü üçün oyun və məşq geyim dəstlərimizi təqdim edirik.

Yeni mövsüm üçün oyun formalarımız ağ və göy rəngdədir. Formalarda Vətən müharibəsindəki şanlı qələbəmiz və şəhidlərimizin əziz xatirəsinə ithafən Xarıbülbül simvoluna yer verilib.

“Nike” şirkətinin istehsalı olan oyun və məşq geyim dəstlərimiz tezliklə onlayn mağazamızda satışda olacaq.