Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Qəbələ” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç rəqibin 4:2 hesablı qələbəsilə nəticələnib. Matçda komandamızın qollarına Coy-Lens Mikels və Tiemoko Fofana imza atıblar.

“Sabah” görüşə aşağıdakı start heyəti ilə başlayıb:

Səlahət Ağayev, Arsen Ağcabəyov, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Coşqun Diniyev, Elvin Camalov, Xuan Kamara, Aleksey İsayev, Coy-Lens Mikels, Tiemoko Fofana.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2021/22-ci illər mövsümünə avqustun 14-də start veriləcək. “Sabah” çempionatın ilk turunda evdə “Səbail”lə qarşılaşacaq. Görüş avqustun 14-də, saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.