“Sabah” FK Coşqun Diniyevlə yollarını ayırıb. 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Diniyevə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.

Coşqun Diniyev 2019-cu ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandamızda keçirdiyi 54 oyunda 2 qola imza atıb.