Həftəsonu Azərbaycan Premyer Liqasında III tura start veriləcək. “Sabah” milli komandanın oyunlarıyla bağlı çempionatda yaranmış fasilədən sonra ilk matçını evdə “Qəbələ”yə qarşı keçirəcək.
Şənbə günü baş tutacaq görüş bu komandalar arasında Premyer Liqada sayca 12-ci olacaq. “Sabah” və “Qəbələ” arasında ilk oyun 2018-ci il sentyabrın 16-da baş tutub. “Bank Respublika Arena”da keçirilən matç komandamızın minimal hesablı qələbəsilə nəticələnib. Bu komandalar arasında bu günə kimi keçirilmiş oyunlardan 5-də “Sabah”, 4-də “Qəbələ” qalib gəlib, 2 görüş isə heç-heçə başa çatıb.
Masazırda keçirilmiş oyunlarda komandamızın üstünlüyü var. Belə ki, bu komandalar arasında “Bank Respublika Arena”da bu günə kimi keçirilmiş 6 oyunun 4-də “Sabah”, 2-də isə “Qəbələ” qalib gəlib (top fərqi 8-4).
“Sabah” – “Qəbələ” oyunu sentyabrın 11-də saat 18:00-da başlayacaq. Matç “Bank Respublika Arena”da baş tutacaq.
Azərbaycan Premyer Liqasında “Qəbələ”yə qarşı keçirdiyimiz bütün oyunlar:
2018/19 mövsümü
16.09.2018 Sabah – Qəbələ 1:0
04.11.2018 Qəbələ – Sabah 2:1
09.02.2019 Sabah – Qəbələ 0:1
01.04.2019 Qəbələ – Sabah 0:0
2019/20 mövsümü
14.09.2019 Sabah – Qəbələ 0:1
03.11.2019 Qəbələ – Sabah 1:2
07.02.2020 Sabah – Qəbələ 3:2
2020/21 mövsümü
13.09.2020 Sabah – Qəbələ 3:0
31.10.2020 Qəbələ – Sabah 2:1
04.04.2021 Sabah – Qəbələ 1:0
14.05.2021 Qəbələ – Sabah 2:2