AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda yeni mövsümə start verilib.

Gənclər Liqasında mübarizə aparan U-19 komandamız liqanın ilk turunda evdə “Qarabağ”la qarşılaşıb. Binə stadionunda keçirilən matç təmsilçimizin 4:2 hesablı qələbəsilə nəticələnib. Görüşdə qollarımıza Firəddin Abdullayev, Ramil Nurəhmədov və Vüsal Vəliyev (2) imza atıblar.

U-17 komandamız da mövsümə qələbə ilə başlayıb. Təmsilçimiz Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə “Turan Tovuz”dan üstün olub – 2:0. Hər iki qolumuza Niyazi Osmanov imza atıb.

U-16 komandamız yeni mövsümün ilk turunda “Neftçi” İB İK ilə evdə qolsuz bərabərə qalıb.

U-15 Liqasında mübarizə aparan təmsilçimiz isə “Zaqatala”dan üstün olub – 12:0. Matçda qollarımıza Elgün İsaqov (2), Amid Alxasov (2), Azər Xəlilov (2), Məhəmməd İmaməliyev, Balamirzə Mehdiyev, Tunar Mehdizadə, Əmir Əliyev, Ayxan Səfərli, Sakit Məmmədov imza atıblar.