“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Milli komandanın oyunlarıyla bağlı çempionatda yaranmış fasilədə çalışmalarını davam etdirən əsas komandamız “Sabah-2” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç əsas komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qollara əsas komandadan Kristian Sebalyos, Coy-Lens Mikels və Xulio Rodriqes, əvəzedicilərdən isə Xəyal Muradov imza atıblar.

Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu oktyabrın 17-də evdə “Qarabağ”a qarşı keçirəcək.