AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.
Gənclər Liqasında (U-19) mübarizə aparan təmsilçimiz bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Matç komandamızın 3:0 hesablı qələbəsilə nəticələnib. Qollarımıza Şahmar Aşurov, Emin Məcidzadə və Sahil Həsənov imza atıblar.
U-17 komandamız isə səfərdə İCBFA-dan üstün olub – 7:0. Səbuhi Qurbanov, Tuncay Yusifli (3) və Nicat Məmmədov (3) öz qollarıyla təmsilçimizin böyük hesablı qələbəsinə töhfə veriblər.
U-16 Liqasında mübarizə aparan təmsilçimiz səfərdə “Keşlə”yə uduzub – 1:3. U-15 komandamız isə evdə “Qarabağ”ı məğlub edib – 2:1.
U-15 Liqası
Sabah – Qarabağ 2:1
Qollar: Əkbər Məhərrəmov, Sakit Məmmədov.
U-16 Liqası
Keşlə – Sabah 3:1
Qol: Atilla Hüseynli.
U-17 Liqası
İCBFA – Sabah 0:7
Qollar: Səbuhi Qurbanov, Tuncay Yusifli (3), Nicat Məmmədov (3).
Gənclər Liqası (U-19)
Zirə – Sabah 0:3
Qollar: Şahmar Aşurov, Emin Məcidzadə, Sahil Həsənov.