“Sabah” FK baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb. Mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Ramin Quliyevə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.