Məşqçimiz İlkin Hüseynov “Sumqayıt”la oyundan (3:0) sonra matç barədə fikirlərini bildirdi:
“Komanda hər tur öz oyununu inkişaf etdirirdi. Nə qədər vaxtdı gözləyirdik, axır ki, çempionatda ilk qələbəmizi qazandıq. Futbolçuları təbrik edirəm. Rəqib də matçın ilk dəqiqələrində azlıqda qalmasına baxmayaraq, əzmkar oyun sərgilədi, sona kimi mübarizə apardı. Bu gün komandamız qələbəyə layiq oyun sərgilədi. Dediyim kimi, artıq neçə turdu komandamız öz oyununu inkişaf etdirirdi. Nəhayət, bu turda 3 xal qazanmağı bacardılar”.
Qeyd edək ki, “Sabah” növbəti oyununu oktyabrın 31-də səfərdə “Qəbələ”yə qarşı keçirəcək.