Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Sumqayıt”a qarşı oyunumuz (3:0) hücumçumuz Tiemoko Fofana və yarımmüdafiəçimiz Ceyhun Nuriyev üçün əlamətdar olub.
Belə ki, matçda ilk və sonuncu qollara imza atan Fofana “Sabah”ın heyətində ilk dublunu rəsmiləşdirib. Fil Dişi Sahilindən olan hücumçu komandamızın heyətində Premyer Liqada 20-ci oyununda 4-cü qolunu vurub.
Ceyhun isə yüksək liqada qol hesabını açıb. 20 yaşlı yarımmüdafiəçi ümumilikdə “Sabah”ın heyətində 6 oyun keçirib. Nuriyev cari mövsümdə əsas komandanın heyətində meydana çıxdığı ilk oyunda fərqlənməyə nail olub.
Tiemoko Fofana
Ceyhun Nuriyev