“Sabah” FK-da yeni baş məşqçi təyinatı gerçəkləşib. Rusiyalı mütəxəssis Murad Musayev əsas komandamızın baş məşqçisi təyin edilib. 37 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Murad Musayevin son iş yeri Rusiyanın “Krasnodar” klubu olub (2018-2021).

Musayev komandada işinə gələn həftə başlayacaq.