Azərbaycan Kubokunda 2021/22-ci illər mövsümünün püşkü atılıb. “Sabah” kubokda mübarizəyə ilk mərhələdən qoşulacaq. Komandamız 1/8 finalda evdə “Kəpəz”lə üz-üzə gələcək. Gəncə təmsilçisi ilə mübarizədən qalib ayrılacağımız təqdirdə, 1/4 finalda “Neftçi” ilə qarşılaşacağıq.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları 10-11 dekabr tarixində baş tutacaq.