Əsas komandamızın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev akademiyamızın U-13 komandası ilə görüşüb. İsayev komandanın məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib. Futbolçuların suallarını cavablandıran Aleksey, daha sonra onlarla birgə məşq edib. İsayev azyaşlı futbolçularla söhbətində futbola gəlişi, futbolçu kimi formalaşmasında rol oynayan əsas amillər barədə danışıb, onlara öz tövsiyələrini verib.

Sonda U-13 komandamızın üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Aleksey İsayev öz imzalı formasını hədiyyə edib.