Baş məşqçimiz Murad Musayev Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində baş tutmuş “Qarabağ” – “Sabah” (5:1) oyununu şərh edib:
“Rəqibə çox böyük hörmətlə yanaşırdıq. Əsas komponentlərdə onlara uduzduq və matçdan istədiyimiz nəticə ilə ayrıla bilmədik. “Qarabağ” yaxşı təşkilatlanmış, hücum futbolu sərgiləyən komandadır. Hər iki cinah müdafiəçisi çox sürətli oyun sərgiləyir ki, bu da onların hücumlarını daha da kəskinləşdirir. Bu matçda rəqib bizi hər bir komponentdə üstələdi və layiq olduğu qələbəni qazandı”.
Qeyd edək ki, “Sabah” Premyer Liqada növbəti oyununu dekabrın 16-da səfərdə “Səbail”ə qarşı keçirəcək. Bu matçdan sonra çempionatda qış fasiləsi yaranacaq.