Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub. “Sabah” bu mərhələdə “Kəpəz”lə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən oyundan 3:0 hesablı qələbə ilə ayrılan komandamız 1/4 finala vəsiqə qazanıb. Matçdan sonra baş məşqçimiz Murad Musayev görüşlə bağlı fikirlərini bildirib:
“Birinci hissə bizim üçün çətin keçdi. Rəqib demək olar müdafiədə boşluq vermirdi və əks-hücumlarda çox təhlükəli idilər. İkinci hissədə daha dəqiq oyun nümayiş etdirdik və yaxşı qollar vurduq. Bizim üçün mühüm qələbə idi. Azarkeşlərimizə dəstəklərinə görə xüsusi təşəkkür edirəm”.
Qeyd edək ki, “Sabah” 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq. Hər iki oyun gələn ilin fevral ayında baş tutacaq.