Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə yekun vurulub. Səfərdə “Səbail”i böyük hesabla (3:0) məğlub edən “Sabah” fasiləyə yüksək əhval-ruhiyyədə yollanıb. Baş məşqçimiz Murad Musayev oyunla bağlı fikirlərini bildirib:

“Hesaba baxmayaraq, çox çətin oyun oldu. 90 dəqiqə ərzində qarşıya qoyulmuş məqsədi yerinə yetirdik. Komandamın oyunundan razı qaldım. Yaxşı kombinasiyalı oyundan sonra bizə qələbə qazandıran qolları vurduq. Həmçinin arxa xətdə də inamlı oyun nümayiş etdirdik. Bu gün qalib gəlib, tətilə müsbət əhval-ruhiyyədə yollanmaq bizim üçün çox vacib idi”.

Qeyd edək ki, çempionatın ilk yarısından sonra hesabında 17 xal olan “Sabah” 5-ci pillədə qərarlaşıb.