Uzun müddətdi komandamızın uğurları üçün çalışan qapıçımız Saşa Stamenkoviç “Səbail”lə oyundan sonra “Sabah”la yollarını ayıracaq. Serbiyalı qapıçının klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.
Saşa Stamenkoviç 2018-ci ildən komandamızın uğurları üçün çalışır. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandamızın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.
Saşaya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında və həyatda uğurlar arzulayırıq.
bu