Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bendela Cup” turnirində çıxış edən “Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz qrup mərhələsində yerli “Dinamo” (Diqomi, 12:0), “Rustavi” (1:2) və “Dinamo” (Batumi, 6:0) komandaları ilə qarşılaşıb. 1/4 finalda Gürcüstanın “Qori” komandasını üstələyən (4:2) U-12 komandamız yarımfinala vəsiqə qazanıb.
“Sabah” yarımfinal mərhələsində Gürcüstanın “Rustavi” klubu ilə qarşılaşacaq. Oyun bu gün baş tutacaq.
Komandamızın turnirdə keçirdiyi bütün oyunlar:
Qrup mərhələsində:
“Sabah” – “Rustavi” 1:2
Qol: İlkin Bayramov.
“Dinamo” (Diqomi) – “Sabah” 0:12
Qollar: İlkin Bayramov, Kəmaləddin Qəhrəmanov, Firdovsi Şeydayev (2), Nizami Nəbiyev, Nihad Hüseynzadə, Ziya Məmmədov, Süleyman Babayev, Ümid Əliyev, Altun Yusifli (2), Vaqif Məmmədov.
“Sabah” – “Dinamo” (Batumi) 6:0
Qollar: Nihad Hüseynzadə, Firdovsi Şeydayev (2), Kəmaləddin Qəhrəmanov, Nizami Nəbiyev, Ziya Məmmədov.
1/4 final mərhələsində:
“Sabah” – “Qori” 4:2
Qollar: Nihad Hüseynzadə, Ömər Kosayev, Kəmaləddin Qəhrəmanov, Ziya Məmmədov.