Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bendela Cup” turnirinə yekun vurulub.
“Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsində yerli “Rustavi” ilə üz-üzə gəlib. 1:1 hesablı heç-heçə başa çatan matçın penaltilər seriyasında məğlub olan U-12, üçüncü yer uğrunda oyunda turnirdəki digər təmsilçimiz “Vətən”lə qarşılaşıb. Bu görüşdən qələbə ilə ayrılan (3:1) Namiq Həsənovun yetirmələri turniri üçüncü pillədə başa vurub. Matçda qollarımıza Kəmaləddin Qəhrəmanov (2) və Altun Yusifli imza atıblar.