Komandamızın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov Rusiyanın Moskva şəhərində, Dövlət İdarəetmə Universitetində ustad dərsi keçib.

Görüş iki hissədən ibarət olub. İlk hissədə Vitali Anatolyeviç tələbələrlə öz təcrübəsini bölüşüb, onlara peşəkar idmanda uğur qazanmağın yolları barədə danışıb.

İkinci hissə isə məşqlərdən ibarət olub. Təcrübəli mütəxəssis görüşün bu hissəsində isinmə hərəkətlərinin necə yerinə yetirilməli olduğu, həmçinin oyun taktikası, texnika və topla futbol məşqlərinin yerinə yetirilməsi ilə bağlı tələbələri məlumatlandırıb.