Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandamız bu gün hazırlıq çərçivəsində ilk məşqinə çıxıb.
Murad Musayevin yetirmələri əvvəlcə fitnes zalında, ardınca isə yaşıl meydanda məşq edib. Futbolçular məşq prosesində müxtəlif fiziki və toplu təmrinləri yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Sabah” Antalya toplanışına bu gün start verib. Komandamızın hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Antalya toplanışında qarşılaşacağımız 2 rəqib bəllidir. Komandamız yanvarın 15-də “Pakş” (Macarıstan), yanvarın 25-də isə “Mladost”la (Serbiya) qarşılaşacaq.