Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komandamız Macarıstanın yüksək liqa təmsilçisi “Pakş”la qarşılaşacaq.
“Titanik Deluxe Football Center”də baş tutacaq matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.