Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti oyununu keçirəcək. Komandamız Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da, “Titanic Deluxe Football Center”in əsas meydançasında baş tutacaq.

“Sabah” Türkiyə toplanışı çərçivəsində ilk oyununu Macarıstan “Pakş”ına qarşı keçirib (1:1). Komandamız Antalyada son yoxlama oyununu yanvarın 25-də Serbiya “Mladost”una (Luçani) qarşı keçirəcək.