Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Komandamız Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşıb. Görüşdən öncə 20 yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.

“Titanic Deluxe Football Center”in əsas meydançasında keçirilən matç 1:1 hesablı bərabərliklə nəticələnib. Matçda komandamızın yeganə qoluna Kamran Quliyev imza atıb.

Baş məşqçimiz Murad Musayev oyunda aşağıdakı start heyətinə şans verib:

1. Səlahət Ağayev, 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 3. Zurab Oçiqava, 14. Slavik Alxasov, 4. Elvin Camalov, 17. Xuan Kamara, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 9. Xulio Rodriqes.

“Sabah” Antalya toplanışında sonuncu yoxlama oyununu yanvarın 25-də Serbiyanın “Mladost” (Luçani) komandasına qarşı keçirəcək.