Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib. “Sabah” bu mərhələnin ilk oyununda səfərdə “Neftçi” ilə qarşılaşıb (1:1).

Görüşdən sonra baş məşqçimiz Murad Musayev oyunla bağlı fikirlərini bildirib:

“Oyuna yaxşı başladıq. Lakin birinci hissənin ortalarında kompaktlığı itirdik və bundan sonra üstünlük “Neftçi”nin tərəfinə keçdi. Fasilədən sonra biz daha kompakt oyun sərgilədik. İlk hissədə olan səhvlərimizi düzəltdik, kombinasiyalı futbol nümayiş etdirdik. Qol vurduq, bundan əlavə başqa qol imkanlarımız da oldu. Nəzərə alsaq ki, bu matç qış fasiləsindən sonra ilk qarşılaşmadı, hər iki komanda yaxşı oyun sərgilədi. Düşünürəm ki, bu matç azarkeşlərin xoşuna gəldi. Hələ heç nə həll edilməyib. Şanslar 50-50-dir”.

Qeyd edək ki, “Neftçi” ilə cavab oyunumuz fevralın 12-də “Bank Respublika Arena”da baş tutacaq.