Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə start verilib. “Sabah” yeni ilin ilk turunda evdə “Qəbələ” ilə qarşılaşıb. Matç komandamızın 3:0 hesablı qələbəsilə nəticələnib. Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Oyun çətin keçdi. Bu görüşdə intizamlı oyun və xarakter nümayiş etdirmək çox vacib idi. Komanda məhz bu xüsusiyyətlər sayəsində qələbə qazandı. Bütün 90 dəqiqə ərzində üstün oyun nümayiş etdirməyə çalışdıq, yaxşı qollar vurduq. Ancaq matçın bəzi anlarında rəqibə də imkanlar verdik. Düşünürəm ki, qarşıda görüləcək çox iş var. Dayanmaq olmaz, daim öz üzərimizdə çalışmalıyıq”.

“Sabah” növbəti oyununu fevralın 12-də, ölkə kubokunda evdə “Neftçi”yə qarşı keçirək.