Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb (0:2). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Çox döyüşkən oyun alındı. Demək olar, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Oyun birinci səhvə qədər davam etdi. Çox təəssüf ki, bu səhvi biz buraxdıq. Qapımızda ilk qolu gördükdən sonra əlimizdən gələni etdik ki, hesabı bərabərləşdirək. Risk etdik, ancaq alınmadı. Bundan sonra ikinci qolu buraxdıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün layiqli qələbə qazandılar. Komandamın bugünkü oyununa, matça yanaşmasına heç bir iradım yoxdur”.

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu “Neftçi”yə qarşı keçirəcək. Matç fevralın 27-də, saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.