Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş yeni transferimiz Kristian da Silva Fil üçün ilk olub. Belə ki, qarşılaşmanın 59-cu dəqiqəsində Abdulla Xaybulayevin əvəzinə meydana daxil olan braziliyalı yarımmüdafiəçi Premyer Liqada debüt edib.

O, həmyerlisi Vanderson Nasimentodan sonra “Sabah”ın heyətində Premyer Liqada meydana çıxan ikinci braziliyalı futbolçu olub. Vanderson 2018/19-cu il mövsümündə komandamızın uğurları üçün çalışmışdı.