Azərbaycan Premyer Liqasında XVII tura start verilib. “Sabah” bu turda evdə “Neftçi” ilə qarşılaşıb (0-1). Baş məşqçimiz Murad Musayev oyundan sonra fikirlərini bildirib:

“Oyun gərgin mübarizə şəraitində keçdi. Hər iki komandanın da şansları var idi. Artıq 3 oyundur ki, eyni ssenari yaşanır. Birinci hissəni yaxşı oynayırıq, lakin fasilədən sonra rəqibin ilk hücumunda çox sadə qol buraxırıq. Təəssüf ki, qapımızda top gördükdən sonra toparlana bilmədik. Bir neçə fürsətimiz olsa da, dəyərləndirməyi bacarmadıq”.

“Sabah” çempionatda növbəti oyununu martın 6-da səfərdə “Keşlə”yə qarşı keçirəcək.