Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilir. “Sabah” bu turda evdə “Neftçi” ilə qarşılaşıb. “Bank Respublika Arena”da baş tutan matçda yeni transferimiz Boyan Letiç Premyer Liqada debüt edib. Qarşılaşmaya start heyətində başlayan Letiç, sona kimi meydanda olub.
Bosniya və Herseqovinadan olan müdafiəçi, həmyerlisi Mario Marinadan sonra “Sabah”da şans qazanan ikinci bosniyalı futbolçu kimi klubun tarixinə düşüb. Mario 2019/20 və 2020/21-ci illər mövsümlərində komandamızın uğurları üçün çalışmışdı.