“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tbilisidə baş tutan “LeaderBet Cup” turnirində iştirak edib. Təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.
Komandamız ilk matçda Tbilisinin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə yeganə qolumuzu Əhməd Tarverdiyev vurub.
İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə üz-üzə gəlib. Matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollarımıza Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.
Komandamızın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.