Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. “Sabah” bu turda səfərdə “Keşlə”yə qalib gəlib (1-0). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Bizim üçün çox vacib qələbə idi. Son matçlarımızda yaxşı oyun sərgiləsək də, nəticə qazana bilmirdik. Xüsusilə son dəqiqədə vurulan qolla qalib gəlmək, həm 3 xal qazanmağımız, həm də ümumi əhval-ruhiyyəyə müsbət təsir baxımından əhəmiyyətli oldu”.
“Sabah” Premyer Liqada növbəti oyununu martın 12-də “Bank Respublika Arena”da “Qarabağ”a qarşı keçirəcək.