Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Keşlə” ilə qarşılaşıb. “ASK Arena”da keçirilən və komandamızın minimal hesablı qələbəsi ilə yekunlaşan matç müdafiəçimiz Zurab Oçiqava üçün əlamətdar olub.

Qarşılaşmanın 89-cu dəqiqəsində komandamıza qələbə qazandıran qola imza atan ukraynalı futbolçu, həm də Premyer Liqada qol hesabını açıb. 26 yaşlı müdafiəçi buna 22-ci oyununda nail olub.

Qeyd edək ki, Zurab 2021-ci ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır.