Azərbaycan Premyer Liqasında XIX tura start verilib. “Sabah” bu turda evdə “Qarabağ”la qarşılaşıb. Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Rəqib layiqli qələbə qazandı. Onların güclü tərəflərinə qarşı öz arqumentlərimizi ortaya qoya bilmədik. İlk hissənin ortalarına kimi demək olar bərabər oyun getdi, yaxşı fürsətlərimiz oldu. Lakin qol buraxdıqdan sonra kəskin və aqressiv deyildik. Qol vura bilməməyimizdə bu amil böyük rol oynadı”.
“Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu martın 19-da evdə “Səbail”ə qarşı keçirəcək.