Azərbaycan Premyer Liqasında XX tura start verilib. “Sabah” bu turda evdə “Səbail”lə qarşılaşıb (1:0). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Çox çətin oyun oldu. Qarşılaşma bizim nəzarətimizdə keçsə də, uzun müddət qol vura bilmədik. Əvəzində, rəqibin fərqlənmək üçün yaxşı fürsəti oldu. İkinci hissədən daha çox razı qaldım. Qol imkanlarımız olsa da, dəyərləndirməkdə çətinlik çəkirdik. Lakin əsas odu ki, bu gün 3 xal qazanmağı bacardıq”.