Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. “Sabah” bu turda evdə “Səbail”lə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən və komandamızın 1:0 hesablı qələbəsilə yekunlaşan matç bir neçə futbolçumuz üçün əlamətdar olub.
Qapıçımız Yusif İmanov Premyer Liqada ilk oyununu keçirib. Start heyətində yer alan 19 yaşlı qolkiper debüt matçında qapısını toxunulmaz saxlayıb.
Yusif kimi komandamızın braziliyalı müdafiəçisi Hiqor Qabriel də bu görüşdə yüksək liqada debüt edib. Matça start heyətində başlayan Hiqor sona kimi meydanda olub.
Qarşılaşmanın 62-ci dəqiqəsində fərqlənərək komandamıza 3 xal qazandıran Kristian Sebalyos isə “Sabah”da qol hesabını açıb. O, buna komandada 8-ci oyununda nail olub.
Yusif İmanov
Hiqor Qabriel
Kristian Sebalyos