“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə bağlanıb.
“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.
Aleksey, həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.