Azərbaycan Premyer Liqasında XXI tura start verilib. “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb. “Kapital Bank Arena”da keçirilən matç komandamızın böyük hesablı qələbəsilə yekunlaşıb (3-0). Görüşdən sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Oyunda topa yaxşı nəzarət edirdik. Birinci hissənin ortalarında iki qol vurduq. Bu, komandada özünəinam yaratdı. Pressinqimiz yaxşı alınırdı. Amma keçidlərdə keyfiyyəti bir az da artırmalıyıq. Şadam ki, rəqibə qapımız qarşısında çox qol fürsəti yaratmağa imkan vermədik. Amma daha yaxşı ola bilərik. Bunun üçün məşqlərdə öz üzərimizdə daha çox çalışacağıq”.