Azərbaycan Premyer Liqasında XXII tura start verilib. “Sabah” bu turda evdə “Zirə”ni məğlub edib (3:1). Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Çox maraqlı oyun alındı. Hər iki komanda meydanda rəqibə bir metr belə güzəşt eləmək istəmirdi. Bu gün biz komanda olduğumuzu göstərdik. Bərabər səviyyədə, çətin keçən oyunda qalib gəlməyi bacardıq. Azarkeşlərimizə qələbə sevinci yaşatdığımıza görə şadam”.