Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Neftçi” ilə qarşılaşıb (0-1). Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Oyunda böyük üstünlüyə malik idik. Matçın əvvəlində avtoqolla hesabda geri düşdük. Bundan sonra rəqib 90 dəqiqə ərzində bütün komanda ilə müdafiə olundu. Ölkə çempionu ilə səfər oyununa gələndə qarşılıqlı hücumlarla müşayiət olunan futbol oynamaq istəyirsən. Bu gün komandamdan razı qaldım. Futbolçular meydanda əllərindən gələni etdilər. Buna görə onlara təşəkkür edirəm”.