Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. “Sabah” bu turda evdə “Şamaxı”nı 5:1 hesabıyla məğlub edib. Oyundan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Çox məzmunlu oyun alındı. Kombinasiyalı oyundan, cərimə zərbəsindən sonra yaxşı qollar vurduq. Sadəcə, ikinci hissənin əvvəlində sərgilədiyimiz oyundan razı qalmadım. İkinci hissənin ikinci yarısı bizim nəzarətimiz altında keçdi. Üstünlüyü ələ alıb, daha 2 qol vura bildik. Azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm”.