Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. “Sabah” bu turda evdə “Şamaxı” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən və 5:1 hesablı qələbəmizlə nəticələnən matç komandamız üçün bir neçə rekordla əlamətdar oldu:

– “Şamaxı” ilə görüş Azərbaycan Premyer Liqasında 100-cü oyunumuz kimi tarixə düşdü.

– Matçın 25-ci dəqiqəsində fərqlənən Zurab Oçiqava komandamızın Premyer Liqa tarixində 100-cü qolunu vurdu.

– Premyer Liqada ən böyük hesablı qələbəmizi qazandıq (5:1).

– Matçda dubl edən Coy-Lens Mikels “Sabah”ın heyətində Premyer Liqada vurduğu qolların sayını 11-ə çatdırdı. O, bu göstəricidə vahid liderdir.

Zurab Oçiqava “Şamaxı” ilə oyunda “Sabah”ın Azərbaycan Premyer Liqasında 100-cü qolunu vurdu. 

“Şamaxı” ilə oyunda dubl edən Coy-Lens Mikels 11 qolla Premyer Liqada “Sabah”ın bombardirləri siyahısında vahid lider oldu.