Əsas komandamızın vingeri, cari mövsümdə ən məhsuldar futbolçumuz Coy-Lens Mikels akademiyamızın U-12 komandası ilə görüşüb. Komandanın məşqinə gələrək sürpriz edən almaniyalı futbolçu, görüş zamanı azyaşlı futbolçuların suallarını cavablandırıb.
Sonda U-12 komandamızın üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Mikels öz imzalı formasını hədiyyə edib.